|
Sanamalar
ƏMİM OĞLU Əmim oğlu, Üzü buğlu, Haldırım dedi, Huldurum dedi, Göyə bir ağac atdı. Kərki sapı, Gül budağı.
İYNƏ, İYNƏ İynə, iynə, Ucu düymə, Bal ballıca, Ballı keçi, Şam ağacı, Şatır keçi, Qoz ağacı, Qotur keçi. Hoppan, Ò»oppan, Yırtıl-yırtıl, Su iç, qurtul.
BARMAQLAR Baş barmaq, Başala barmaq, Uzun Ò»acı, Qıl turacı, Xırdaca bacı. Bu vurdu, Bu tutdu, Bu bişirdi, Bu yedi, Vay, bəbəyə qalmadı.
MOTAL-MOTAL Motal, motal, Tərsə motal, Qıl atar, Qaymaq qatar. Ağ quşum. Ağarçınım, Göy quşum, Göyərçinim. Qarğa qara, Durna cala, Çiləmə çilik, Bircə əmlik. Çəmbər çarıq, Əmrəqulu, Vur nağara, Çıx qırağa.
BİR-İKİ Bir, iki, bizimki. Üç, dörd, qapını ört. Beş, altı, daşaltı. Yeddi, səkkiz, Firəngiz. Doqquz, on, qırmızı don.
MIRT-MIRT Mırt, mırt, Adın nə? - Balqabaq. Evlənsənə? - Gələn yox Dillənsənə? - Qoyan yox. İstəsənə? - Verən yox. Oynasana? - Çalan yox. Yerin Ò»ara? - Samanlıq. Saman yeginən? - Qarnım tox. Onda çəkil, gendən bax.
BİR-İKİ Bir iki, Bülbül təki. Camdan baÒ»a, Başım dağı. Hop-Ò»op, Ò»oppan, Qızıl tap. Kimsədə yox, Məndəsə çox, Mənsə bu gün, Sünbülə gəldim. Sünbüllər açmış, Zər zəncəfil, Dınğır, dınğır, Sənsə cınqır.
BİR-İKİ Bir, iki, dingildən. Anasının ilkindən. Çıxdım örük dalına. Baxdım şəÒ»ər yoluna. Gördüm gəlir on dəvə. Mən birinə minmədim. Ablamgilə gəlmədim. Ablam pilov bişirmiş, İçinə siçan düşmüş. Siçan on beş yaşında. Qızıl güllər başında. Bu dolamdan kim çıxdı? Qızıl saçlı qız çıxdı.
ƏKİL-BƏKİL Əkil-bəkil quş idi, Ağaca qonmuş idi, Getdim onu tutmağa, O məni tutmuş idi, Meydana salmış idi. Meydanın ağacları, Dən gətirir quşları,
|