Həq kəlamı sevmişəm, sureyi-Yasindən mədəd
Həq kəlamı sevmişəm, sureyi-Yasindən mədəd Kim, mana incili-fürqanin duasindən mədəd.
Ey behəqqi möcizati verdin ol Musayə sən Kim, mana Musayi-İmranın əsasindən mədəd.
Ey yaradan aləmi ol şahi-xuban eşqinə, Ol rəsuli-axiratın möcizasindən mədəd.
Kim ki, kamin almadı, dünyadə oldur binəva, Binəvanın vergilən, yarəb, nəvasindən mədəd.
Bu Xətayi der: - Əzəldən mən imamin quluyam, Ey imami-həqq Əliyül-Murtəzasindən mədəd.
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info